Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Cek Strou: “Ərdoğanın qələbəsi bir daha göstərdi ki, İslam və demokratiya yol yoldaşı ola bilməz”
14.06.11 18:11

İngiltərənin keçmiş xarici işlər naziri Cek Strou “The Times” qəzetində çıxan yazısında Avropa Birliyi liderlərini Türkiyəni qəbul etməyə çağırıb. “Avropa özündən əmin Türkiyəni qucaqlamalıdır” başlıqlı məqalədə sabiq nazir əvvəlcə seçimlərə münasibət bildirərək yazıb: “Ərdoğanın qələbəsi bir daha göstərdi ki, İslam və demokratiya yol yoldaşı ola bilməz. Ya demokratiya, ya İslam”. Strou bildirir ki, İngiltərə partiyalarını təəccübləndirən səslə qalib gələrək, üçüncü dəfə iqtidara gələn Ərdoğan Konstitusiyanı dəyişərkən diqqətli olmalıdır. Nazir Ərdoğanın 1994-cü ildəki həbsinə diqqət çəkərək ümid edir ki, baş nazir heç kimlə onunla davrandıqları kimi davranmaz. Yazıda Ərdoğanın qələbəsinin digər əsas səbəbi kimi isə iqtisadi vəziyyəti ön plana çəkilib. Cek Strou yazır ki, hakimiyyəti dövründə mediaya təzyiq göstərərək və hamını ittiham edərək, medianın dəstəyini itirən baş nazirin yeganə yolu həbsdəki jurnalistləri azadlığa buraxmaqdır. Türkiyənin AB məsələsi barədə isə Strou bunları qeyd edir: “Türkiyə AB-yə girməkdən əl çəkməsə də, əvvəlki həvəslə mübarizə aparmır. Gedişat ölkənin buna marağını itirdiyini göstərir. Lakin rəsmi Brüsseldə çoxları Türkiyənin regionda getdikcə artan və möhkəmlənən qüdrətindən narahatdır. Burda günahkar Türkiyə deyil, Avropadır. Avropa Orta və Yaxın Şərqdəki hadisələri idarə edə biləcək yeganə dövləti qəbul etmədi. Türkiyə isə səsi və işi ilə regiona hökmranlıq edir. Bu özündən əmin dövlət AB-yə lazım idi. Bu seçimdə uduzan Avropa Birliyi oldu”.
URL / WWW
http://kelam.az/article/a-3858.html