Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məktəblərdə psixoloqların çoxu qeyri-ixtisas sahibləridir
15.06.11 02:11

Azərbaycanda təhsil müəssisələrində psixoloqlar olsa da, bu sahədə kifayət qədər problemlər mövcuddur. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin sədri Elçin Salmanov “Orta məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsinə dəstək və təhsil müəssisələrində psixoloqların rolunun artırılması” layihəsinin yekunu olaraq keçirdiyi Dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu sahədə ən böyük problem uşaqların psixoloqlara müraciət etmələrinin az olmasıdır. Layihənin əsas məqsədi məktəblərdə şagirdlərlə psixoloqlar arasında olan əsas maneəni aradan qaldırmaqdır. “Bakının müxtəlif rayonlarını təmsil edən 10 məktəbdə keçirilən 4 saatlıq seminarlarda məlum oldu ki, orta məktəblərin bir çoxlarında psixoloqlar öz ixtisası üzrə işləmirlər”,-deyə E. Salmanov bildirib. Daha çox bu vəzifəni yerinə yetirən şəxslər qeyri-ixtisas sahibləridir. O həmçinin məktəb psixoloq otaqlarının olmamasını da qeyd edib.Layihənin eksperti Asəf Kərimov isə psixoloqların məktəbdə imkanlarının məhdud olduğunu bildirib. Onun sözlərinə görə, psixoloqların həm maddi, həm də hüquqi problemləri var. Onlar öz vəzifələri yerinə, daha çox laborant və s. işlərlə məşğul olurlar. A.Kərimov həmçinin yeniyetmələrin daha çox özlərinə aid olmayan saytlara meyli olduğunu, məktəblərdə müəllim-valideyn, psixoloq-valideyn münasibətlərinin ağır olduğunu qeyd edib.
Tədbirdə Ombudsman Aparatı və Təhsil Nazirliyinin nümayəndələri səsləndirilən problemlərlə bağlı araşdırma aparacaqlarını qeyd ediblər.
URL / WWW
http://kelam.az/article/a-3857.html