Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekspert: “Ermənistan artıq sülhə məhkumdur”
14.06.11 18:11

“Cənubi Qafqaz üçün əsl problem olan Qarabağ münaqişəsinin mahiyyətinə varanda, müşahidə olunur ki, bu gün bütün tərəflər sülhə məhkumdurlar”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Onun fikrincə, münaqişənin uzanması hər iki ölkə üçün, xüsusən də Ermənistan üçün çox böyük problemdir və İrəvan artıq daha çox sülhə məhkumdur. “Azərbaycan üçün bunun daha çox mənəvi nəticəsi varsa, Ermənistan üçün bu siyasi və iqtisadi tənəzzül deməkdir”,-deyə E.Şahinoğlu vurğulayıb. Ekspert xatırladır ki, Azərbaycan prezidenti bu günlərdə bir daha bəyan edib ki, Ermənistanın regional layihələrdən təcrid olunması siyasəti bundan sonra da davam etdiriləcək.
“Azərbaycanda artıq qaçqınlar da sosial problem deyil, neft gəlirləri bu problemi qısa müddətdə həll etməyə imkan verir. Amma Ermənistanda vəziyyət fərqlidir. Ona görə də sülhə köklənmək yeganə çıxış yoludur və böyük ehtimalla uzun illərdir kartı öz əlində saxlayan Rusiya da bunu görür”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3855.html