Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Nalbandyan nizamlamanı separatçıların iştirakı olmadan görmür
14.06.11 18:11

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqlamalar verib. Onun sözlərinə görə, münaqişənin birinci mərhələsinin başa çatdığını o halda demək olar ki, tək Azərbaycan və Ermənistan deyil, separatçı DQR də nizamlanmanın əsas prinsiplərinə razılıq versin. «Mən DQR prezidenti Bako Saakyanın «Xankəndinin razılığı olmadan əsas prinsiplər üzrə nizamlanmanın ikinci mərhələsinə keçid mümkünsüzdür» bəyanatı ilə razıyam» - deyə Nalbandyan vurğulayıb. «KƏLAMİNFO» «ArmTodey»yə istinadən xəbər verir ki, erməni nazir ikinci mərhələ dedikdə, nizamlanma ilə bağlı sazişin hazırlanmasının nəzərdə tutulduğunu deyib. Onun qənaətincə, bu mərhələdə Xankəndi mütləq iştirak etməlidir. «Dağlıq Qarabağ xalqı öz taleyinin sahibidir. Bu bizim üçün nizamlanmanın əsas təməl daşıdır» - deyə nazir vurğulayıb.
Münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsinə gəldikdə isə bunun gündəmdə olmadığını deyib. Azərbaycan XİN rəhbərinin hansı ölkələrin münaqişə zonasına sülhməramlı göndərməsi ilə bağlı razılığın əldə olunduğu barədə fikirlərini şərh edən E.Nalbandyan bildirib ki, bu, müəyyən mərhələdə düzgün şərh edilmir: «Siz bilirsiniz ki, həmsədr dövlətlərin rəhbərlərinin Akvil və Muskok bəyanatlarında Qarabağla bağlı sülhyaratma missiyası məsələsi göstərilib. Lakin bu məsələ son üç ildə müzakirə olunmayıb. Müzakirə olunmayan məsələ ilə bağlı razılığın əldə olunması mənə qəribə gəlir».
URL / WWW
http://kelam.az/article/a-3854.html