Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Son anda belə, Ermənistan rəhbərliyindən “sürprizlər” gözləmək olar”
14.06.11 18:11

“Ermənistanın daxilindəki hazırkı siyasi, psixoloji və sair vəziyyət Kazan görüşündə mövcud baza prinsipləri üzərində sazişin imzalanmasına şərait yaradır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdiyi “Qarabağ saatı”nda söyləyib.
Politoloqun fikrincə, Qarabağ münaqişəsi ilə bağlı ABŞ, Fransa və Rusiya prezidentlərinin Dovil bəyanatından bu günə qədər Ermənistanın daxilində Kazan görüşünün əleyhinə ciddi müqavimət müşahidə olunmur. “Ermənistan hakimiyyəti də hansı niyyətlə olmasından asılı olmayaraq, hələ ki, görüşlə bağlı müsbət bəyanatlarla çıxış edir. Müxalifət, o cümlədən ermənilərin məşhur terror təşkilatı olan ASALA da heç bir etiraz göstərmir, susur. Bir sözlə, ilk dəfədir ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü ərəfəsində Ermənistan tərəfdən münaqişənin həlli ilə bağlı baza prinsiplərinin qəbul olunmasına qarşı heç bir etiraz göstərilmir” - deyə M.Əhmədoğlu vurğulayıb. Ekspert deyir ki, buna baxmayaraq, son anda belə, Ermənistan rəhbərliyindən “sürprizlər” gözləmək olar. “1999-cu ildə və ondan sonrakı vaxtlarda da vəziyyət sülhə doğru tam olaraq yetişdi və sonda o vaxtkı Ermənistan prezidenti Robert Köçəryanın ucbatından hər şey məhv oldu. Buna misal kimi məşhur “tualet” və “qayınata” diplomatiyasını göstərmək olar. Bir mərhələdə münaqişə ilə bağlı sülh prosesi yetişdi və imzalama anına çatanda tədbir zamanı prezident Köçəryan tualet bəhanəsilə masa arxasından durdu və halının pisləşməyini bəhanə edərək görüşə qayıtmadı. Sonrakı illərdə də növbəti dəfə sülh sazişinin imzalanması yetişdiyi anda yenə Köçəryan o vaxtkı müdafiə naziri Serj Sarkisyanın qayınatasının ölümünü bəhanə edərək mərasimə qatılmadı və bununla da danışıqların bütün nəticələri mənasız oldu. Ona görə də heç şübhə etmirəm ki, Kazan görüşü qabağı Ermənistan belə sakit qalmasına baxmayaraq, son anda Serj Sakisyandan nəticənin əldə olunmasına əngəl olacaq nəsə gözləmək olar. Yəni ermənilərin “tualet” və “qayınata” diplomatiyası təkrar oluna bilər” - deyə politoloq əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3853.html