Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin təmin olunmasının başlanğıcıdır
14.06.11 18:11

“Azərbaycanın həqiqi mənada müstəqilliyi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra - 15 İyun Milli Qurtuluş Günündən başlayır. 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin əldə olunması, bu müstəqilliyin daimiliyinin və əbədiliyinin təmin olunmasında başlanğıc nöqtə sayılır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin sədr müavini Bahar Muradova deyib.B.Muradova bildirib ki, Azərbaycan dünyaya yalnız həmin gündən sonra özünü müstəqil dövlət kimi təqdim edə bildi. Onun sözlərinə görə, bu müstəqil dövləti təmsil edən bir şəxsiyyət olaraq Heydər Əliyev bütün dünya dövlətlərinə göstərə və sübut edə bildi ki, Azərbaycanın müstəqilliyi daimidir. Bu gün Azərbaycan həm dünyada, həm regionda nüfuzu ilə fərqlənən dövlətdir. Biz artıq inkişaf etmiş ölkələr sırasına qoşulmaq prosesindəyik.
Vitse-spiker qeyd edib ki, ulu öndərin 1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyətinin 10 ili ərzində məhz ən başlıca vəzifələr yerinə yetirilib. “Məhz bu zaman kəsiyində Azərbaycan dövləti öz müstəqilliyini tam mənada bərpa etdi, Azərbaycanın güclü ordusu formalaşdı, Azərbaycanın bütün iqtisadi imkanları səfərbər olundu və həyata keçirilən iqtisadi layihələr ölkəmizi bir çox böyük dövlətlərin yaxın tərəfdaşına çevirdi və ölkəmiz bu layihələrin nəinki iştirakçısı, hətta təşkilatçısı oldu” - deyə o vurğulayıb.
B.Muradovanın sözlərinə görə, Heydər Əliyevin müəyyənləşdirdiyi, Yeni Azərbaycan Partiyasının proqram və Nizamnaməsində əksini tapan ideoloji və siyasi kurs Azərbaycan xalqı tərəfindən birmənalı olaraq qəbul və müdafiə olunur.
URL / WWW
http://kelam.az/article/a-3852.html