Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ATƏT-in Bakı ofisi Azərbaycanda 120 layihə həyata keçirib
14.06.11 18:11

Son iki il ərzində ATƏT-in Bakı ofisi tərəfindən Azərbaycanda 120 layihə həyata keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün Bakıda jurnalistlər üçün keçirdiyi vida görüşündə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel deyib.
O, hazırda 60 layihə üzərində iş aparıldığını söyləyib. Onun sözlərinə görə, həyata keçirilən layihələrin və bəziləri hələ də davam etməkdədir. Bu layihələrin Azərbaycanın bir sıra bölgələrində, o cümlədən Naxçıvan MR-da həyata keçirildiyini qeyd edən səfir Cankorel layihələrdən çox uğrlu nəticə verənlərin olduğunu bildirib. O, son iki il ərzində 2500-dən artıq məhkəmə monitorinqinin aparıldığını və bunun üçün Ədliyyə Nazirliyi tərəfindən münbit şərait yaradıldığını söyləyib. “Bu müddət ərzində müvəqqəti saxlama yerlərinin monitorinqi aparılıb və bu proses davam etməkdədir. Son iki il ərzində 30-dan artıq yerə baxış keçirilib. Daxili İşlər Nazirliyi tərəfindən bunun üçün bizə münasib şarait yaradılıb”,-deyə ATƏT rəsmisi vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3851.html