Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Quru balıq orqanizmi zəhərləyə bilər
14.06.11 17:56

Quru balıq dünyada geniş yayılmış ləzzətli təamlardan sayılsa da, onu çox yemək sağlamlıq üçün təhlükəlidir. Buna səbəb onun hazırlanmasında istifadə olunan konservantdır.
Həmin konservantı quru balığın saxlama müddətini uzatmaq istəyən firmalar tətbiq edirlər. Hindistan mütəxəssisləri konservantın çox zəhərli olduğunu bildirirlər. Bu faktı məhsulun keyfiyyətini müəyyən edən laboratoriya tədqiqatları təsdiq edir.
Ekspertlər quru balığın bir neçə növündə formalin aşkar etmişlər. Formalinin miqdarı çox olanda sağlamlığa mənfi təsir göstərir.
Əlbəttə, quru balıq istehsalçılarının heç də hamısı zəhərli kimyəvi preparatlardan istifadə etmir. İstənilən halda istehlakçı ehtiyatlı olmalı və sağlamlığına qayğı ilə yanaşmalıdır, çünki konservantsız və başqa kimyəvi maddələrsiz də quru balığı çox yemək ziyandır.
URL / WWW
http://kelam.az/article/a-3836.html