Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » Masallıda yeni klinika
14.06.11 17:52

Hər birimiz kimlərləsə kef-əhval tutduqda və ya təbrik etdikdə ilk və son kəlməmiz  “can sağlığı” olur. Elə insan həyatının mənalı və rəngarəng olmasının ana xəttini də bu amil təşkil edir. Amma sağlamlığı hər birimiz arzulasaq da, bəzən onu ya qoruya bilmirik, ya da baş verən sosial davranışlar fonunda itiririk. Yaşadığımız həyat periodunda çox hallarda xəstəliklər keçirdikdə üzümüzü xəstəxanalara tutub  ümid – gümanımızı həkimlərə bağlayırıq. Bəs elə isə, həkimlər və onların fəaliyyət göstərdikləri şəfa ocaqları xəstələrin üzünü ağ, canını sağ edə bilirmi?
Müsahibimiz Cənub regionunun tanınmış həkimlərindən Mircavadzadə Mehdi Mirkazım oğludur. Mehdi həkimlə müsahibəyə başlayarkən ilk sualımızı da yenicə açılması planlaşdırılan klinika və təbii ki, onun lisenziya məsələsi oldu.


Həkim, xəstələrin də gözlədiyi yeni klinika fəaliyyətə nə vaxt başlayacaq?
- Yeni klinikanın açılışı ümummilli lider Heydər Əliyevin doğum gününə planlaşdırılırdı. Amma bir neçə gün əvvəl Səhiyyə Nazirliyində olarkən bildirdilər ki, yaxın günlərdə lisenziya məsələsi tam həll olunacaq.

Yeni klinikada işləyəcək tibbi personal necə seçiləcək?

- Hazırda Mərkəzi Xəstəxanada işləyən gənc kadrların 30%-i klinikamızda işləmək üçün dəvət olunublar. Onların əksəriyyəti Rusiya, Türkiyə və başqa dövlətlərdə təhsil almış təcürbəli həkimlərdir. Eləcə də Bakı şəhərindən tanınmış klinikalarda çalışan bir çox həkimlər şənbə və bazar günləri burada fəaliyyət göstərməyə dəvət olunacaqlar.

Klinikada quraşdırılmış avadanlıqlar müasir standartlara cavab verirmi?

- Bəli, xaricdən müasir standartlara cavab verən lazımi texniki avadanlıqlar gətirib quraşdırmışıq. Klinikanın birinci hissəsi konsultativ funksiya daşımaqla kordialogiya, rentgenologiya, labaratoriya, genekologiya kimi şöbələri özündə birləşdirəcək. Ikinci hissə isə stasionar hissədir. Bura 20 çarpayılıq cərrahi profilli pasientlərə xidmət edəcək.

Klinikaya cəlb olunan kadrların texniki avadanlıqlardan istifadə imkanları nə dərəcədədir?

- Əlbətdə. Bizim klinikaya cəlb olunan həkimlər hər bir texniki avadanlıqdan yararlanmaq imkanına malik olmalıdırlar. Biz tibb ocağının hər bir həkimini yüksək sürətli internet əlaqəsi ilə təmin etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmişik.

Mehdi həkim, dünya təbabətinə inteqrasiya məsələsində region həkimləri üçün hansı addımları atacaqsınız? 

- İlk növbədə həkimlərin ingilis dilini bilmələri zəruridir. Bu məqsədlə biz klinikamıza ingilis dili müəlliməsi dəvət etməklə həkimlər üçün xüsusi kurslar təşkil edəcəyik. Hər bir həkim işdən sonra mütləq bir saat ingilis dili ilə məşğul olmalıdır. Kimliyindən aslı olmayaraq, tibbi kontingentimizin hər biri il ərzində ingilis dilini öyrənməlidir. Dünya təbabətinə inteqrasiyada bundan başqa çıxış yolumuz yoxdur. Bütün bu deyilənləri öz gözlərinizlə görməyiniz üçün sizi bir neçə həftədən sonra yeni klinikamızda gözləyirik.
Rəhman Məlik
URL / WWW
http://kelam.az/article/a-3833.html