Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » 2520 bakalavr qəbul proqramını və ixtisasını seçib
13.06.11 18:38

Ali təhsil müəssisələrinin magistraturalarına 20 fevral tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlardan bu günə qədər 2520-si internetlə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Proqram və ixtisaslaşma seçimini təsdiqləməyən bakalavrların qeyd olunan proseduru vaxtında icra etmələri tələb olunur. Əks halda, onlar iyunun 26-da keçiriləcək magistraturaya qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar. Təsdiq prosesi iyunun 15-də (saat 10:00-da) başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-3828.html