Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov: “Açıq qalan məsələlərlə bağlı son nəticə Kazan görüşündə bəlli olacaq”
13.06.11 23:38

“Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü kifayət qədər gərgin və məhsuldar olub”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, 3 saata yaxın davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin müxtəlif razılaşdırılmamış məsələləri müzakirə olunub. “Bəzi məsələlər müzakirə olunaraq razılığa gəlinsə də, lakin elə məsələlər var ki açıq qaldı” - deyə xarici işlər naziri bildirib. Elmar Məmmədyarov hər 3 nazirin açıq qalmış məsələləri prezidentə məruzə edəcəklərini bildirib: “Əgər mümkün razılaşdırmalar olarsa, Kazan görüşünə qədər yenidən açıq qalmış məsələləri müzakirə edəcəyik. İstənilən halda açıq qalan məsələlərlə bağlı son nəticə Kazan görüşündə bəlli olacaq”. Qeyd edək ki, iyunun 25-də Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olacaq.
URL / WWW
http://kelam.az/article/a-3826.html