Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fazil Mustafa: “Biz mütləq nəticələr uğrunda mübarizə aparmırıq”
13.06.11 23:33

“Parlamentdə təmsil olunmayan müxalifətdən bizim əsas fərqimiz ondan ibarətdir ki, biz yuxarıdan islahatların keçirilməsinə üstünlük veririk”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. Millət vəkili deyir ki, onlar əsl siyasətçidirlər və mütləq nəticələr uğrunda mübarizə aparmırlar. “Biz cəmiyyətin tədrici uğurları üçün mübarizə aparırıq. Hakimiyyətin də buna daha da yaxın olmasına cəhd edirik. Məncə, İctimai Palata adlı qurum da bunu etməli idi. Təbii, hərə öz yolunu seçməkdə azaddır”-deyə F.Mustafa vurğulayıb. Deputatın fikrincə, prezident korrupsiyaya qarşı mübarizəyə başlayarkən İctimai Palata mübarizəni müdafiə etməli idi, lakin edə bilmədilər. “Bununla onlar bir növ korrupsiyaya qarşı mübarizəyə təkan vermiş olardılar. Bunun daha çox müsbət effekti ola bilərdi, nəinki digər vasitələrin” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3824.html