Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Dünyanın ən varlı iti ölüb
11.06.11 01:10

ABŞ-da dünyanın ən varlı iti ölüb. Onun sahibi milyarder Leon Helmsli dörd il bundan əvvəl dünyasını dəyişib. Həddən artıq əzizlənmiş və sahibləri tərəfindən «varis» elan edilmiş it 12 yaşında Floridada ölüb. Dördayaqlı milyonerin ölümünü «The New York Daily News» qəzetinə itə himayədarlıq edən şəxs də təsdiqləyib. Özü də it dekabrda ölsə də, onun barədə məlumat indi bəlli olub. «KƏLAMİNFO» «İTAR-TASS»a istinadən xəbər verir ki, itin mülkiyyəti 12 milyon dollar civarında qiymətləndirilirdi. Lakin məhkəmənin qərarı ilə it cəmi 2 mln. dollar əldə etmişdi. Onun 60 mini il ərzində himayədara, 8 min itin tükünün baxılmasına, 100 min mühafizəyə sərf olunurdu. Belə ki, itin həyatı üçün tez-tez təhlükə yaranırdı. Beləliklə, itə vəsiyyət edilən vəsait sonda xeyriyyə cəmiyyətinin hesabına keçirilib.
URL / WWW
http://kelam.az/article/a-3821.html