Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ sığorta sisteminə fırıldaq gəlmiş ermənilərin məhkəməsi başlayır
10.06.11 20:10

İyunun 21-də ABŞ-da gurultulu məhkəmə prosesinə start veriləcək. Məhkəmə yaşlı insanlar və əlillərə tibbi sığorta ödənilməsi üzrə dələduzluğa yol vermiş ermənilərdən ibarət cinayətkar dəstə üzərində aparılacaq. Qərbi Virciniya ştatında başlayacaq prosesi indidən ən qalmaqallı məhkəmə prosesi adlandırırlar. Bu iş üzrə erməni mənşəli şəxslərin adları hallanır. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, Rusiya vətəndaşları Arsen Bedcanyan, İqor Şevçuk və Ermənistan vətəndaşı Sarqis Tedovosyan saxta kompaniya yaratmaqda günahkar biliniblər. Bu kompaniyalar vasitəsilə onlar «Medicare» federal proqramı çərçivəsində dövlətə 3 mln. dollarlıq tibbi sığorta ödəmələri barədə müraciətlər ediblər. Lakin hər hansı bir ödəmə olmayıb. Məsələ ilə bağlı aparılan təhqiqat aprel ayında ABŞ Məxfi xidməti, eləcə də ştatın polisi tərəfindən başlayıb və onlar mayın əvvəlində həbs ediliblər. Hakim onları girov qoymaq müqabilində azad etməkdən vaz keçib. Məhkəmə bu addımı onların ABŞ ərazisini tərk edəcəklərindən ehtiyat edərək atıb. İyunun 21-də keçiriləcək dinləmələrdə ittiham olunanlar onlara qarşı irəli sürülən ittihamlarla tanış olacaqlar. Onlardan birinə - Tadevosyana isə söz demək üçün imkan veriləcək. Qeyd edək ki, bu şəxs barəsində məhkəmə başqa yerə getməmək barədə iltizam aldıqdan sonra azad edib.
URL / WWW
http://kelam.az/article/a-3820.html