Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Uşaqlara qarşı məişət zorakılığı valideynlik hüququndan məhrum edə bilər
11.06.11 02:10

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, komitə sədri Hadı Rəcəbli bildirib ki, iclasın gündəliyində Əmək Məcəlləsinə, “Psixiatriya yardımı haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlara və Ailə Məcəlləsinə dəyişikliklər müzakirə olunur. O, qeyd edib ki, Əmək Məcəlləsinə təklif olunana dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yaş həddi ali təhsil müəssisələrində çalışanlara şamil edilməyəcək. Bildirilib ki, “Psixiatriya yardımı haqqında” qanuna isə 36 dəyişiklik təklif olunub. Bu barədə komissiya sədrinin müavini Musa Quliyev məlumat verib. Dəyişiklik layihəsində qeyd olunub ki, psixiatriya stasionarına yerləşdirilən pasiyent Ombudsmanla görüşə, pul və digər vəsaitlərdən istifadə edə, dini ayinləri sərbəst şəkildə yerinə yetirə biləcək. Bu dəyişikliklərdən sonra pasiyentlərin məcburi şəkildə stasionara yerləşdirilməsinin qarşısı alınacaq. M.Quliyev deyib ki, dəyişikliklər insan haqlarının müdafiəsinə yönəlib. “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət səhiyyə müəssisələrində pulsuz ixtisaslaşdırılmış tibbi yardımla təmin olunacaqlar. Ailə Məcəlləsinə təklif olunan dəyişiklik valideynlik hüququndan məhrumetmə barədədir. Layihədə qeyd olunub ki, valideyn uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkət törətdikdə valideynlik hüququndan məhrum edilə bilər. Müzakirələrdən sonra qanun layihələri parlamentin iclasına tövsiyə edilib.
URL / WWW
http://kelam.az/article/a-3819.html