Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanda 5 910 nəfər elmi dərəcəsi olan pensiya yaşındadır
10.06.11 20:10

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər təsdiq olunub. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə məlumat verən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qanuna 19.3-cü maddə əlavə olunub. Onun sözlərinə görə, bu əlavədə bildirilir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının əmək pensiyasının baza hissəsi üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əlavə hesablanır. İclasda Dövlət Sosial müdafiə Fondunun sədri Səlim Müslümov deyib ki, Azərbaycanda 10 723 nəfər elmlər doktoru və elmlər namizədi var. “Bunun 1 827 nəfəri elmlər doktoru, 8 896 nəfəri isə elmlər namizədidir ki, onlardan da 5 min 910 nəfəri pensiya yaşındadır. Dəyişiklik təsdiq ediləndən sonra pensiyaların artımla verilməsi üçün 1 ayda 830 min manat, 6 ayda isə 5 mln. manata ehtiyac var”-deyə fondun sədri vurğulayıb. Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-3817.html