Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ABŞ-ın Dünya İşləri üzrə Şurasının nümayəndə heyəti DİP-in qonağı olub
10.06.11 20:10

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ABŞ-ın Dünya İşləri üzrə Şurasının prezidenti və icraçı direktoru Lori Mürreyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DİP-dən veriblər. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması yolları, Azərbaycanın inkişaf perspektivləri, Avroatlantik məkana inteqrasiya məsələləri müzakirə olunub. Asim Mollazadə, həmçinin qonaqlara rəhbərlik etdiyi partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Qonaqlar da öz növbələrində bildiriblər ki, Azərbaycanla bağlı həqiqətləri ABŞ ictimaiyyətinə çatdıracaqlar.
URL / WWW
http://kelam.az/article/a-3811.html