Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Cənub bölgəsində məktəb tikintisi və təmiri davam edir
04.12.09 18:52

Azərbaycan Respublikası “2009-2013-cü illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası yerlərdə davam etdirilir. Bütün sahələrdə olduğu kimi təhsillə, xüsusilə məktəb tikintisi və təmiri ilə bağlı regionda görülən işlərin bəzisi artıq başa çatdırılıb. Bu barədə məlumatı AZADİNFORM-a Təhsil Nazirliyindən veriblər.  Tikilən məktəblər arasında Azərbaycanın subtropik iqlim qurşağına malik Cənub bölgəsi də var. Belə ki, cari tədris ilində Astara rayonunun Valladi kəndində 84 yerlik ibtidai məktəb, Rina kəndində 360 yerlik, Pəlkəş kəndində 220 yerlik, Qakimazdə kəndində 180 yerlik əsas məktəb yenidən tikilib, Kişbə qəsəbəsindəki məktəb isə əsaslı təmirdən sonra istifadəyə verilib. 
Masallı rayonunun Bambaşı kəndində 480 yerlik, Sığdaş kəndində 480 yerlik məktəb istifadəyə verilib. Digah qəsəbəsində isə 4 saylı 640 yerlik məktəbin tikintisinə başlanılıb və 2010-cu ildə təhvil verilməsi planlaşdırılıb.
Lənkəran rayonunun Rvo kəndində 360 yerlik məktəb istifadəyə verilib.
Lerik rayonunun Çayrud kəndində isə 220 yerlik məktəb şagirdlərin istifadəsinə verilib.
Yardımlının Aruz kəndində 360 yerlik məktəbin tikintisinə başlanılıb və növbəti ildə başa çatdırılması nəzərdə tutulub.
Gələn il Astara rayonunun Boladi kəndində 180 yerlik və 5 saylı şəhər məktəblərinin tikintisi nəzərdə tutulub.
Lənkəranın Qulumba kəndində də 180 yerlik məktəbin inşası planlaşdırılıb.
Lerik rayonunun Barzabu kəndində 180 yerlik məktəbin yenidən qurulmsı və Günəşli kənində fəaliyyət göstərən məktəbin isə təmiri nəzərdə tutulub.
Masallının Bədrli kəndində 480 yerlik məktəbin tikintisi, Ərkivan qəsəbəsindəki Cəfər Cabbarlı adına məktəbin isə təmiri nəzərdə tulub.
Xatırladaq ki, AZADİNFORM İA Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsini həyata keçirir.
URL / WWW
http://kelam.az/article/a-381.html