Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekspert: “Dağlıq Qarabağla Kosovonu eyniləşdirməyi doğru yanaşma kimi qəbul etmək çətindir”
10.06.11 20:10

“Bu gün Azərbaycanın Serbiya kimi ölkələrlə münasibətlərini inkişaf etdirməsi mübahisə doğurmur, hətta rəsmi Belqradın istəyi əsasında bu ölkəyə qaz da sata bilərik”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspertin fikrincə, ancaq Azərbaycanla Serbiya arasında oxşarlıq quraraq, hər iki ölkənin ərazi bütövlüyü bərpa olunacaq və Dağlıq Qarabağla Kosovo oxşar problemlədir deməyin nə dərəcədə reallığı əks etdirməsi mübahisə doğurur. “Çünki, Kosovonun müstəqilliyini dünyanın əksər dövləti, hətta Azərbaycanın strateji müttəfiqi Türkiyə də tanıyıb. Rəsmi Bakının Serbiyanın ərazi bütövlüyünü dəstəkləməsi və zamanında Kosovodan sülhməramlı qüvvələrini çıxarması doğru qərar idi. Ancaq Dağlıq Qarabağla Kosovonu eyniləşdirməyi doğru yanaşma kimi qəbul etmək çətindir”,-deyə E.Şahinoğlu vurğulayıb. O, deyib ki, serb silahlı birləşmələri Bosniyada olduğu kimi, 1990-cı illərin sonlarında Kosovoda da soyqırımı törətməyə tam hazır idilər, albanları qırğından və köçdən NATO bombardmanı xilas edib. “Azərbaycanda isə bunun əksi baş verib. Dağlıq Qarabağın azərbaycanlı əhalisi bölgədən qovulub, soyqırımına məruz qalıb, ətraf bölgələr işğal olunub. Belə olan halda Kosovo ilə Dağlıq Qarabağ arasında bərabərlik işarəsinin qoyulması bəri başdan Azərbaycanın mövqelərinin zəiflədilməsi deməkdir. Çünki, dediyim kimi Kosovonun müstəqilliyini dünyanın əksər dövləti, hətta Azərbaycanın strateji müttəfiqi Türkiyə də tanıyır”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3809.html