Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfər Əbiyev Brüsseldə bir sıra görüşlər keçirib
11.06.11 02:05

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Müdafiə Nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə Brüssel şəhərində NATO Mərkəzi Qərargahında keçirilmiş görüşündə iştirak edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın NATO yanındakı daimi nümayəndəliyindən veriblər. Görüş zamanı nazirlər ISAF əməliyyatının hazırkı vəziyyətini, o cümlədən rəhbər rolun əfqan tərəfinə ötürülməsi və ondan sonrakı vəziyyət, əfqan təhlükəsizlik qüvvələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin iclasda Əfqanıstanda qanunun aliliyinin gücləndirilməsi məqsədilə NATO-nun Hüququn Aliliyi üzrə Sahə Dəstək Missiyası təsdiq edilib. Bundan başqa, nazir Səfər Əbiyev həmin gün NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturayı qəbul edib. Görüşdə tərəflər Azərbaycan-NATO münasibətlərini, NATO ilə qarşılıqlı operativ uzlaşmanın artırılması, ölkəmizin ISAF əməliyyatına töhfəsi və digər məsələləri müzakirə edib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində Səfər Əbiyev Polşanın müdafiə naziri Boqdan Kliç ilə görüşüb. Görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
URL / WWW
http://kelam.az/article/a-3807.html