Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmira Axundova Kazana gedəcək
11.06.11 02:05

Milli Məclisin deputatı Elmira Axundova MDB Parlament Assambleyasının Mədəniyyət, idman və turizm daimi komissiyasının iclasında iştirak etmək üçün sabah Rusiyanın Kazan şəhərinə səfər edəcək. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasın gündəliyinə MDB iştirakçısı olan dövlətlər üçün “İdman hazırlığı haqqında”, “Mədəni irsin obyektləri haqqında”, “Qeyri-maddi incəsənət və xalq yaradıcılığı abidələrinin müdafiəsi haqqında” model qanunların, habelə əqli mülkiyyətlə bağlı model qanunvericilik lüğətinin, İnformasiya Məcəlləsinin layihələri, təşkilati və komissiyanın gələcək işlər planı barədə məsələlər daxil edilib. Deputatımız gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq, münasibətini bildirəcək. Səfər iyunun 19-da başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-3805.html