Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Serbiya mənşəli yazıcı ədəbiyyat sahəsində nüfuzlu mükafatın qalibi elan edilib
09.06.11 19:49

Serbiya mənşəli yazıcı Tea Obreht ədəbiyyat sahəsində nüfuzlu «Orange Prize for Fiction» mükafatının qalibi elan edilib. O, ingilis dilində yazılan ən yaxşı romanın qalibi olub. «KƏLAMİNFO» «France-Presse» agentliyinə istinadən xəbər verir ki, qalibin adı Londonda keçirilən mərasimdə açıqlanıb. 25 yaşlı Obreht bu mükafatı alan ən gənc yazar olub. O, "Tiger's Wife" (Pələngin arvadı) romanına görə bu mükafata layiq görülüb. Yazıcı müsahibələrinin birində romanının həkimlər və onların ölümlə üzləşmələri fonunda Balkanlarda gedən müharibəyə həsr olunduğunu vurğulayıb. Romanın yazılmasında isə babasının xatirələrinin böyük rolu olub. 1996-cı ildən verilən «Orange Prize for Fiction»un qaliblərinə 49 min dollarlıq (30 min funt-sterlinq) çek təqdim olunur.
URL / WWW
http://kelam.az/article/a-3802.html