Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Yuxu da çin olarmış
19.10.09 14:58

Və ya axirətdən gələnlər
Dədə-babadan eşitmişik ki, həmişə gecənin axırında gördüyün yuxu çin olar. Doğrusu, buna heç vaxt əhəmiyyət verməzdim. Son zamanlar bütün gecəni yuxu görürəm. Onun qorxusundan gecələr yatmaq da istəmirəm. Amma nə edim ki, yatan kimi də yuxu görürəm. Axır ki, bir dəfə yuxunu sonna qədər görmək məcburiyyətində qaldım. 
O qədər yuxuda mənə qeybət qırdılar ki, iş gəldi çıxdı yenə din xadimliyinin üstünə. Mən bunlara fikrimi çatdıra bilmirəm ki, a kişilər, a ziyalılar, din xadimi ilə dindar ayrı-ayrı məhfumlardır. Nə isə…Son iki ayda qəzetlər ancaq demək olar ki, din xadimlərinin Milli Məclisə millət vəkili ola bilməyəcəklərindən yazırlar. Əksər müxalif qəzetlər də bulanıq suda balıq tutmaq üçün tərəfləri bir-birinə qarşı qoymaqla məqsədlərinə nail olmağa çalışırlar. Doğrusu, adamın inanmağı da gəlir. Ona görə ki, bəzən iş-işə oxşayır. Amma bütün bunlara baxmayaraq, heç bir müsəlmana bu səlahiyyət verilməyib ki, xalqın qeybətini qırsın. Bu felin özü də şəriətdə qadağandır. 
Yuxuda nə görsəm yaxşıdır? Hündürboy qarayanız bir kişi, nisbətən ağ bənizli bir qadınla guya məni çoxdan axtarırmışlar, amma tapa bilmirlərmiş. Axı necə tapsınlar. Mən yatmıram ki, yuxu da görəm. Onlar da məni tapsınlar. Bu yazıqlar da o səbəbdən yuxuma girə bilmirlər ki, bilmirlər. Axır ki, bu yaxınlarda məni yaxaladılar…
Dədə-babadan eşitmişəm ki, yuxunu yalan danışmazlar. Ona görə də imkan tapı diktafonu qurdum ki, onların dediklərini yaddan çıxartmayam. Başladılar nə başladılar: «Sən deputat ola bilərdin. Amma bir neçə səhvin oldu. Birincisi  odur ki, bu işin mütəxəssisini tapa bilmədin, bu işin xüsusi adamları var. Məsələni onlar həll edir, nöqtəni də onlar qoyurlar. Sənə söz verən adam orada ikinci dərəcəli adam olub… Nə isə, ondan keçdi. Sənin deputatlığın da hələ müəmmalıdır.»
Ağbəniz qadın tez onun sözünü kəsdi:
- Əşşi, bunun yeganə düşməni var. O da Vəsadət Əzizovdur. Bu onu vurub sıradan çıxartsa, elə bil mandatı alıb, cibindədir.
- Sən qadınsan, otur yerində, təkcə Vəsadətdi məgər? Bilmədiyini də danışırsan. Əsas bunun qarşısını kəsən Mikayıldır.
- Mən də belə deyirəm də Mikayıl da Vəsadətlə birləşib səsi bölüşmək istəyirlər.
Məndə belə bir sual yarandı, məgər bu dairədən iki nəfər deputat seçiləcək.
- İki nəfər niyə? Burdan Mikayıl seçiləcək. Vəsadətə isə səhiyyə naziri vəzifəsini verəcəklər.
-  Bəs onda mən neyləməliyəm?
- Sən çox işlər görməlisən. Əgər bacarsan, kənd camaatını, ağsaqqaları yığıb onları başa salmalısan ki, sənin qarşını bu iki nəfər kəsib, qoy, xalq bu iki nəfərə səs verməsin.
- Yenə də başa düşmədim. Yaxşı, bu iki nəfərə səs vermədilər. Məni də ki, qeydiyyata almayıblar, burada mənim xeyirim nədir?
- Sən biz deyənləri elə və məhkəmələrdən də əl çəkmə. Nə vaxtsa səni qeydiyyata alacaqlar. Lap tutaq ki, sənin qeydiyyata alınman bir-iki ay da uzandı. Getdi çıxdı Avropa Məhkəməsinə. Onlar da seçki qurtarandan sonra lap elə belə deyək, sənin haqlı olduğunu sübut elədilər. O zaman kimsə üçüncü bir adam mandat alsa belə, onun mandatı ləğv olunacaq, yenidən seçkiyə buraxılacaqsan, mandatı sən alacaqsan. Onlar da qalacaqlar yana-yana.
- Yaxşı, onlar deyəndə, kimləri nəzərdə tutursunuz?
- Bu işə maya qoyanları, Masallı kənd 71 saylı Dairə Seçki Komissiyasında maraqlı olanları. Öz adamlarını keçirtmək istəyənləri.
- Əgər yaxşı adamsınızsa, gecənin bu vaxtı mənim yuxuma gəlmisinizsə, elə onların adlarını da deyin, qoy, diktafon yazsın dəəə. Yuxu olanda nə olar, qoy bu gələcək nəsil üçün əldə bir fakt kimi qalsın.
- Sən bizi avam hesab eləmə. Özün şeytana dərs deyirsən, adlarını bizdən soruşursan.
- Madam siz də qorxurdunuz, niyə yuxuma gəldiniz?
- Onu demirik ee, biz çox-çox uzaqdayıq, sənsə dünyadasan. Gündəlik qəzetləri oxu və gör ki, kimlərin haqqında yazırlar.  
- Qəzetlərə qalsa, onlar çox şey yazırlar.
- Hər halda cığır olmasa, su axmaz, od olmasa tüstü çıxmaz. Deməli, yazırlarsa, nə isə var. Heç şübhəsiz siz Axirət aləmindən gəlirsiniz, mən elə bilirəm ki, siz ruhsunuz. Siz dünyanı daha yaxşı seyr edə bilirsiniz. Ona görə yaxşısını da, doğrusunu da siz deyə bilərsiniz. 
Ata-babadan eşitmişdim ki ölən adamı yuxuda görsən ondan bir söz öyrənmək üçün gərək qəfil onun əlinin baş barmağından möhkəm tutub buraxmayasan. O zaman nə istəsən öyrənə bilərsən. Mən də kişinin baş barmağından tütüb başladım süalları yağdırmağa.
- Bilirsən, sənə qarşı beş-altı adam var. Bunlardan biri mətbuatdan sizə bəlli olan, «din xadimləri parlamentə seçilə bilməz» çağrışı ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyevdir.
- Rafiq Əliyevə gəldikdə hamımıza məlumdur ki, bu adam Dini Araşdırmalar Mərkəzində çalışırdı. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaranan «Elmi-Dini Şura»nın həmsədri idi. Demək olar ki, həmişə yaxşı münasibətdə olmuşuq. Amma Komitə sədri keçəndən sonra başqa məmurlar kimi onun da münasibəti idarəyə və onun işçilərinə qarşı kəskin dəyişdi. Mənə etdiyi ilk «yaxşılığı» Bakı İslam Universitetinin Sumqayıt filialının şöbə ilə əvəz etməsi oldu. İkincisi isə eşidəndə ki, Milli Məclisə namizədliyimi irəli sürmüşəm, televiziya və mətbuatda mütəmadi çıxışlara başladı ki, din xadimi millət vəkili ola bilməz…
Onu başa düşmək olar, o dövlət xadimidir, o da öz növbəsində sözünü deməlidir. Əslində də Konstitusiyamıza görə din xadimi millət vəkili ola bilməz. Lakin o da bilməlidir ki, tutduğum vəzifələrdən istefa verəndən sonra vətəndaş kimi mənim seçilmək huququm var. Bu da ictimaiyyətə gün kimi aydındır ki, seçkilərə qoşulduğum üçün mən iki ay qabaq dini vəzifələrimdən istefa vermişəm. Bu barədə lazımi sənədləri müvafiq təşkilatlara da təqdim etmişəm. Bununla da Rafiq Əliyevin maneə söhbətinə son qoyulur.
- Mümkünsə o birilərinin adını açıqlayın…
- Yaxşı bəs İsa Nəcəfova nə deyirsən?
- Sözün düzü, bu adamın haqqında çox söz-söhbət yayılıb. Əslinə qalsa, mən bu adamı heç tanımıram da. Bəlkə həyatda haradasa bir-birimizə rast gəlmişik. Amma mən onunla şəxsən tanış deyiləm. Ola bilsin, o, məni tanıyır. Amma buna baxmayaraq, bu adamla heç bir münaqişəm olmayıb. O, niyə belə etməlidir?
- A kişi sən bilmirsən, DSK-da da, MSK-da da, Apelyasiya Məhkəməsində də, Ali Məhkəmədə və ən nəhayət Konstitusiya Məhkəməsinə gəlib çıxanda da sənin yollarını bu adam kəsib və hələ də qarşısına məqsəd qoyub ki, nə qədər imkanı olsa, öz adamının xeyrinə sənin üçün süni maneələr yaradacaq.
- Axı kimə görə?
- Məgər bilmirsən, bütün qəzetlər bu haqda yazırlar…
- Əvvəlcədən danışdıq ki, qəzetlərdən bəhs etməyək.
- Yaxşı onda, onun da adını biz deyəcəyik. Bu adamların hamısının məqsədi curnalist Elmira Axundovanı deputat görməkdi. Ona görə də sizin qarşınızı kəsirlər.
- Maraqlıdır, kimi deputat görmək istəyirlər-istəsinlər … Mənim qeydiyyatımı niyə yubandırırlar. Əksər dairələrdə 25-dən çox namizəd var. İyirmi altıncısı da mən olsaydım, dünya dağılmazdı ki… Halbuki özünüz də qəzetlərdən dəm vurursunuz, heç «Şərq» qəzetinin 23 iyul tarixli sayına baxmısınız? Orada respublika üzrə ilk imza vərəqini götürəndən biri də mən olmuşam. Məlumunuz olsun ki, səlahiyyətli nümayəndəm Niyaz müəllimin köməkliyi vasitəsilə 450 imzaya qarşı 500-dən çox imzanı bir həftədə topladıq… Demirlər ki, ədalətli, şəffaf, demokratik seçki keçirəcəyik. Məni də buraxardılar qoy xalq öz seçimini edəydi də. O zaman bilinərdi ki,  xalqın istədiyi layiqli namizəd kimdir.
- A kişi, elə məsələnin mahiyyəti də budur da. Onlar səndən sonra hansı qapını döyüblərsə, açan olmayıb. Məqsədlərini biləndə, eləcə də qapının o tərəfindən Hacıya səs verəcəklərini deyərək gələnləri məyus ediblər. Vəziyyəti belə görəndə vay-şivənlə Bakıya qayıdan namizədlər yapışıblar himayədarlarının yaxasından ki, bizi hansı dairəyə göndərmisiniz? Orada artıq xalq öz namizədini seçib. Bunlar da çox çək-çevir edəndən sonra məsələnin həllini sənin namizədliyinin müxtəlif bəhanələrlə qeydə alınmamasına nail olmaqda görüblər. Hələlik bu ümidlə də yaşayırlar…  
- Xub, bəlkə o birilərinin də adlarını açıqlayasınız?
-  Belə getsə deyəsən, bizdən əl çəkməyəcəksən.
- Əlbəttə çəkməyəcəyəm, siz məni gəlib narahat etmisiniz. Mən sizi çağırmamışam ki…
- Bilsəniz ki, bu oyuna tək fərdlər deyil, quruplaşmalar şəklində də qatılıblar, təəccüb edərsiniz. Hərə bir qrupa başçılıq edir. Məgər bilmirsiniz ki, cənub zonasına Fərhad Əliyev başçılıq edir. Hətta bu günlərdə Masallı camaatı səni ondan soruşublar da. O da müəmmalı bir cavabla yaxasını onların əlindən qurtarıb. Fərhadın səninlə heç bir dolaşıq işi yoxdur. Sadəcə bu adam da öz istədiyi namizədi müdafiə edir. Şübhəsiz ki, mübarizə meydanında bu belə də olmalıdır. ..
Artıq onlar da mənim suallarımdan bezmişdilər. Canlarını məndən necə  qurtaracaqlarını özləri də bilmirdilər. Çünki mən o kişinin baş barmağından yapışıb buraxmırdım.
- Siz o adamların adlarını axıra qədər deməsəniz, mən də səni buraxmayacağam. Siz onların adını deyin ki, mən də öz rəqiblərimi tanıyım.   
Özündən asılı olmayaraq narahat halda nəfəsini dərərək sözə başladı.
- Adıçəkilənlərdən savayı bir neçəsi də var ki, onların adının çəkilməsi hələlik məsləhət deyil. Bunun bir az zamana ehtiyacı var.
- Siz ki, axirət aləmindəsiniz, azad ruhlarsınız, nədən qorxursunuz?
- Biz özümüzə görə deyil, sənə görə qorxuruq. Biz onların adlarını açıqlasaq, şübhəsiz ki, aranızda olan mübahisələr nə sənə, nə də onlara fayda verməz. Ata-babalar yaxşı deyiblər, adam ovucunu tam açmaz…
- Onda gəlin belə  danışaq, bu işin sonunu necə görürsünüz?
- Onlar artıq yorulublar, həm də ki, vicdanları onları narahat edir. Bəlkə də bir azdan səni qeydiyyata alsınlar. Dövlət özü sizin qeydiyyata alınmağınızda maraqlıdır. Çünki siz ömrü boyu dövlətçilik prinsiplərini müdafiə edən adam olmusunuz. Ən əsası isə xalq sizi istəyir.
- Bu, nə vaxt olacaq?
- Onu Allahdan başqa heç kim bilməz. Bu da sənin həyatında bir imtahan idi. Müqəddəs ruhlar da sənə kömək etdilər. Sən öz hüquqlarını tam müdafiə etdin. Dövlət qayda-qanunları çərçivəsində hərəkət etdin. Sən öz haqq səsini vaxtında qaldırdın. İnanırıq ki, nəticədə haqq-ədalət öz yerini tutacaq… Ata-babalar demişkən, «gecə hamilədir, görək səhər nə doğacaq». Heç bir narahatçılığa əsas yoxdur, çünki sən də elə-belə adam deyilsən, dünyanın hər üzünü görmüsən. Allah-Təala sənin haqqında nə istəyirsə, o olacaq, nəyi istəmirsə, o olmayacaq.  Bir də ki, sənin statusun uşaqlıqdan millətin vəkilidir. Günün millət vəkilləri də qan bağlamağa gedəndə sənin kimi seyyidi – peyğəmbər balasını və öz ağıl-kəmalı bahasına qazandığı nüfuz sahibini aparırlar…
Bir gün də yüxüdan ayılanda eşidəcəksən. Deyəsən yuxun çin çıxıb. Niyə də çıxmasın?..
Axı hər kəs taleyini yaşamalıdır. Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-38.html