Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Pensiyaların yenidən hesablanması Bakı şəhəri üzrə yekunlaşır
09.06.11 19:49

Pensiyaların staja görə yenidən hesablanması üçün lazım olan vəsait Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə yerləşdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Fondun sədri Səlim Müslümov söyləyib. O, bu proses üçün lazım olan qalan məsələlərin texniki işlərlə bağlı olduğunu deyib. “Fond üzrə verilən əmrə tabe olaraq, xüsusi komissiya tərəfindən pensiya işlərinin avtomatlaşdırılmış bazada olan məlumatlarla tutuşdurulması prosesi Bakı üzrə yekunlaşmaqdadır. Paytaxtdan sonra rayonları dəvət etmişik. Hazırda Sumqayıt pensiya şöbəsinin işçiləri bu prosesi həyata keçirirlər. Bundan sonra da qrafikə uyğun olaraq müxtəlif şəhər və rayon şöbələrinin işçiləri də bu məsələni həyata keçirəcəklər” - deyə o qeyd edib. S.Müslümovun sözlərinə əsasən, bütün hallarda avtomatlaşdırılmış bazalarda təqaüdçülərin stajları barədə müvafiq məlumatlar var. O, kağız üzərində olan məlumatların bir daha tutuşdurulmasına və bu prosesin sürətlə yekunlaşdırılmasına ciddi ehtiyac olduğunu əlavə edib: “Proses xeyli müddət davam edə bilər. Lakin narahatlığa heç bir əsas yoxdur”. Korrupsiya ilə bağlı mübarizəyə gəlincə, S.Müslümov deyib ki, Dövlət Sosial Müdafiə Fondunda korrupsiya ilə mübarizənin başlanması 1 gün, 1 həftə deyil: “Bu barədə fondun qaynar xəttinə, hətta mənim elektron poçtuma da şikayətlər gəlir və biz bu barədə dərhal tədbirlər görürük”. O, uzun illərdir ki, müvafiq qanunlar qüvvəyə mindikdən sonra bu məsələyə ciddi baxıldığını deyib. “Korrupsiyaya qarşı mübarizə Komissiyasının bizə göndərdiyi məktub, göstəriş və tövsiyələr var idi ki, bunlara ciddi əməl olunur. Hətta buna uyğun olaraq fondda hələ 4-5 il bundan əvvəl korrupsiya əleyhinə komissiya yaradılıb. Komissiyada daimi olaraq bu proses həyata keçirilir” - deyə fond sədri vurğulayıb. O, bu nöqsanlarla əlaqədar fondun bir neçə şöbəsindən –Goranboy, Suraxanı rayon şöbələrindən hüquq-mühafizə orqanlarına şikayət edildiyini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-3798.html