Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Polis xidmətində qadınların sayının artırılması ilə bağlı iş aparılır
09.06.11 19:49

Polis xidmətində qadınların sayının artırılması, eləcə də məişət zorakılığı və insan alveri kimi gender yönümlü qanun pozuntularına polisin daha da səmərəli müdaxiləsini təkmilləşdirmək üçün müvafiq qurumlarla birgə müəyyən strategiyalalar üzərində birgə iş aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda “Cəmiyyət dəstəkli polis” işinə dair keçirilən ikinci beynəlxalq konfransda ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel söyləyib. O xatırladıb ki, polisdə qadınların sayının artırılması təkcə Azərbaycanda deyil, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən bir məsələdir. O, qeyd edib ki, polisdə qadınların sayının çox olması məişət zorakılığı və digər bu kimi gender yönümlü problemlərin qarşısının alınması işində müsbət nəticələrə gətirib çıxarır. Səfir həmçinin əlavə edib ki, keçən il Azərbaycanda məişət zorakılığı ilə bağlı qəbul edilən qanun bu gün qadın polislərin rolunu daha da artıracaq.
URL / WWW
http://kelam.az/article/a-3797.html