Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Oruc Zalov: “Bu layihə polislə xalq arasında münasibətlərə öz müsbət töhfəsini verir”
09.06.11 19:49

Cəmiyyət dəstəkli polis layihəsi çərçivəsində yaradılan ictimai şuralara 4 mindən artıq üzv cəlb edilib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda “Cəmiyyət dəstəkli polis” layihəsi üzrə beynəlxalq konfransda daxili işlər nazirinin müavini Oruc Zalov bildirib. Cəmiyyət dəstəkli polis layihəsinin 2006-cı ildə ATƏT tərəfindən Azərbaycana təklif edildiyini bildirən Oruc Zalov qeyd edib ki, 2008-ci ildə “Polis haqqında” qanuna dəyişiklik edilib və ictimai şuralar da bu bəyişikliklərdən sonra yaranıb. O, ictimai şuralara cəlb edilən cəmiyyət üzvlərinin birlikdə önəmli proflaktiki tədbirlər həyata keçirdiklərini söyləyib. Cəmiyyət dəstəkli polis layihəsinin Azərbaycanda uğurla həyata keçirildiyini söyləyən O.Zalov bu layihənin polislə xalq arasında münasibətlərə öz müsbət töhfəsini verdiyini vurğulayıb. “Bu birlik nəticəsində cəmiyyəti narahat edən problemlər aradan qaldırılır. Birlik həmçinin cinayətlərin üstünün açılmasına və onun sayının azalmasına da müsbət təsir göstərir”,-deyə O.Zalov qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-3795.html