Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev dövlət qulluğunda olmasının yaş həddinin 65 olmasını təsdiqləyib
10.06.11 02:48

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliklərə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15%-dən artıq ola bilməz. Dövlət orqanının aparatı və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərin sayı müvafiq olaraq onun aparatı və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2%-dən artıq ola bilməz.Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılarkən dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adın olması, dövlət təltifi ilə təltif edilmə və attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə nəzərə alınır.
URL / WWW
http://kelam.az/article/a-3793.html