Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyevin saytının iPad planşet kompüterlər üçün xüsusi əlavəsi istifadəyə verilib
08.06.11 20:17

Prezident İlham Əliyevin saytının iPad planşet kompüterlər üçün xüsusi əlavəsi istifadəyə verilib. Prezident Administrasiyasından “KƏLAMİNFO”ya verilən məlumata görə, iPad istifadəçiləri xüsusi əlavəni yükləməklə dövlət başçısının çıxışları, müsahibələri, onun iştirakı ilə keçirilən tədbirlərdən xəbərlər, fotomateriallarla tanış ola biləcəklər. Əlavəni yükləmək üçün “Apple Applications Store”da öz akkauntunuzdan istifadə etməyiniz lazımdır. Prezident Administrasiyasından bu əlavənin hazırlanmasını ictimaiyyətlə əlaqələrə diqqətin artırılması, həmçinin yeni kommunikasiya formalarından istifadə ilə əlaqələndiriblər. Xatırladaq ki, bundan əvvəl Azərbaycan Prezidentinin saytı tam şəkildə yenilənib, həmçinin saytın “Youtube”də rəsmi kanalı, “Twitter” mikrobloqlar şəbəkəsində akkauntu yaradılıb. Bununla bərabər Prezident Administrasiyası ənənəvi media-kanallarla yanaşı, ictimaiyyəti öz fəaliyyəti ilə “Twitter” akkauntu vasitəsilə məlumatlandıran ilk dövlət kanalı olub. Administrasiyanın bəzi şöbələri də son zamanlar müxtəlif sosial şəbəkələrin aktiv istifadəçisinə çevriliblər. Qeyd edək ki, Azərbaycan Prezidentinin saytı postsovet məkanında iPhone və iPad üçün əlavələrə malik olan yeganə internet-resursdur.
URL / WWW
http://kelam.az/article/a-3792.html