Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ağsuda aparılan arxeoloji tədqiqatların son nəticələri açıqlanacaq
08.06.11 20:17

İyunun 11-də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyası Ağsu şəhərində KİV nümayəndələri üçün “Ağsuda aparılan arxeoloji tədqiqatların ən yeni nəticələri” və “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turlarının təqdimatına həsr olunan brifinq keçirəcək. “KƏLAMİNFO”nun məlumatına görə, Ağsu arxeoloji ekspedisiyasının rəis müavini, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlilli qeyd edib ki, brifinq iştirakçıları yolüstü “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turuna daxil olan Diri Baba türbəsini (Qobustan) və Şamaxı rayon Tarix Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər. İştirakçılar Ağsuda aparılan qazıntılarla, bərpa və konservasiya işləri ilə tanış olacaq, arzu edənlərə qazıntı işlərində iştirak etmək imkanı yaradılacaq. Mədəni irsin təbliğində fəal iştirak edən KİV nümayəndələrinə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyasının xüsusi diplomları təqdim ediləcək.
URL / WWW
http://kelam.az/article/a-3791.html