Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vladimir Doroxin: “Rusiya vasitəçi kimi əlindən gələn hər şeyi edir”
08.06.11 20:16

Bu gün Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin 12 iyun –Rusiya günü ilə əlaqədar mətbuat konfransı keçirib. “KƏLAMİNFO” xəbər verir ki, səfir Azərbaycan–Rusiya münasibətlərindən fəxrlə danışılması gərəkliyini vurğulayıb. “Bu gün Rusiya-Azərbaycan münasibətləri haqqında inamla, hətta qürurla danışmaq olar. O qədər də sadə olmayan bir nöqtədən başlayaraq biz bu gün strateji tərəfdaşlıq adlandırılan səviyyəyə qalxa bildik” - deyə səfir söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Rusiyanın bu məsələdə əlindən gələni etdiyini deyib. Rusiya MDB məkanında, eləcə də Qafqazda sabitliyin həlli üçün köməyini əsirgəmir və bunda bilavasitə maraqlıdır. V.Doroxin Rusiyanın Minsk qrupunun həmsədrlərindən biri kimi bu məsələdə aktivlik etdiyini də vurğulayıb. “Danışıqların detallarını açıqlaya bilmərəm, amma biz - Rusiya vasitəçi kimi əlindən gələn hər şeyi edir. Buna dırnaqarası yanaşmaq lazım deyil. Beynəlxalq birliyin səyləri nəticəsində ciddi razılaşmalar əldə etmək şansı var və Rusiya bu şansdan yararlanmaq üçün əlindən gələn hər şeyi edir” - deyə Doroxin əlavə edib. Səfir, həmçinin həmsədr ölkələrdən yalnız Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları ən yüksək səviyyədə apardığını bildirib. Onun sözlərinə görə, danışıqlarda məyusluq doğuran məqamlar olsa da, konfliktdə yaxşılığa doğru ümid var. “Danışıqlar gedir, həmsədrlər hazırda regiondadır, iyunun 11-də nazirlər görüşəcək, ayın sonunda prezidentlərin görüşü nəzərdə tutulur. Bütün bunlar münaqişənin tezliklə nizamlanacağına dair ümidləri artırır” - deyə səfir qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-3790.html