Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qəddafi son nəfəsinə kimi təslim olmayacaq
09.06.11 01:16

Liviyanın dövlət televiziyasında audio müraciətində ölkə lideri Müəmmar Qəddafi NATO-nu və yerli üsyançıları ittiham edib və bildirib ki, o, son nəfəsinə kimi təslim olmayacaq. NATO qüvvələri isə Liviya paytaxtı Tripolini bombalamaqda davam edib. Müşahidəçilər bunu Qəddafi rejimi əleyhinə mart ayında başlamış hava hücumlarının ən ağırı hesab edirlər. Məlumatlara görə, hava hücumu iyunun 7-dən 8-nə keçən gecə baş verib. Hava hücumlarının hədəfinin nə olduğu bəlli deyil. «KƏLAMİNFO» «Miqnyus»a istinadən xəbər verir ki, Qəddafi hakimiyyəti bildirib ki, NATO-nun sonuncu hücumu zamanı arasında mülki şəxs olan 31 adam ölüb. Amma bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənmir.
URL / WWW
http://kelam.az/article/a-3789.html