Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisini qəbul edib
09.06.11 01:14

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarı qəbul edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Bakıda keçirilən ənənəvi Xəzər neft-qaz sərgisində iştirak etməsindən məmnun olduğunu bildirən qonaq, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında regionda gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyətini və onların perspektivlərini yüksək qiymətləndirib. E.Məmmədyarov Azərbaycanın həyata keçirdiyi enerji strategiyasının uğurları barədə danışaraq bu xüsusda Azərbaycanın Avropanın enerjidaşıyıclarla təchizində maraqlı olduğunu qeyd edib. Görüşdə həmçinin qlobal enerji məsələləri, regiondakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-3786.html