Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Milli Kitab Mükafatı münsiflərin ballarını açıqlayıb
07.06.11 18:59

Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Münsiflər Heyətinin finala düşən 10 əsərə verdiyi balı açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, MKM-in qalibi Pərvizin “Yad dildə” əsərinə Niyazi Mehdi, Rafiq Əliyev, Cəmil Həsənli, Şahbaz Xuduoğlu, Rüstəm İbrahimbəyov, Elçin Şıxlı və Mehriban Ələkbərzadə 10 bal verib. MKM-dən imtina etmiş münsiflərdən Rəşad Məcid Pərvizə 7 bal, Çingiz Abdullayev 5 bal, Rəbiyyət Aslanova isə 3 bal verib. Vaqif Səmədoğlu isə heç bir səsvermədə iştirak etməyib.Qeyd edək ki, Münsiflər Heyəti aşağıdakı şəxslərdən ibarət idi: Yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vaqif Səmədoğlu, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, AİU-nın professoru Niyazi Mehdi, “Qanun” Nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev, rejissor Mehriban Ələkbərzadə.
URL / WWW
http://kelam.az/article/a-3784.html