Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obamanın baş iqtisadçısı istefa verdi
07.06.11 19:59

Ağ evin İqtisadi Şurasının sədri Ostan Qulsbi istefaya getdiyini bəyan edib. O, əvvəlki iş yerinə - Çikaqo universitetində müəllim vəzifəsinə qayıdıb. «KƏLAMİNFO» «Röyters»ə istinadən xəbər verir ki, Qulsbinin getməsi mühüm hadisədir. Belə ki, o, Barak Obama prezident seçildikdən sonra onun ətrafında qalan sonuncu şəxslərdən idi. İndi Obama ətrafında əvvəlki komandadan tək bir şəxs qalıb. Bu da maliyyə naziri Timoti Qaytrenrdir. Qulsbi və Obama Çikaqo universitetində dərs deyən zaman tanış olublar. Sonradan Qulsbi ona 2004-cü ildə Senat, 2008-ci ildə prezident seçkiləri kampaniyasında kömək edib. O, İqtisadi Şuranın sədri vəzifəsində cəmi bir il işləyib. Onun istefasının səbəbləri açıqlanmır.
URL / WWW
http://kelam.az/article/a-3779.html