Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fərasət Qurbanov: “QHT-lərə ayrılan vəsait azdır”
08.06.11 02:55

“Turizmlə bağlı QHT-lərə ayrılan vəsait olduqca azdır. Məhz buna görə biz ixtisaslaşmış təşkilatların iştirakını daha arzuolunan sayırıq”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov deyib. Onun sözlərinə görə, vəsaitin azlığı ümumiyyətlə şuranın özünün büdcəsinin az olması ilə əlaqədardır: “Biz əlbəttə, istərdik vəsait çox olsun, daha böyük layihələr maliyyələşdirilsin. Çünki turizm bir illə bitmir, turizm ölkənin əsas biznes sahələrindən birinə çevrilməlidir. İstərdik ki, turizm davamlı olaraq ölkəmizin həm iqtisadiyyatına öz töhfəsini versin, həm də ölkəmizin tanıdılması baxımından əhəmiyyəti daha da artsın. Buna böyük vəsait lazımdır. Amma QHT işinin əsas mahiyyəti ondan ibarətdir ki, az vəsaitlə çox iş də görmək mümkündür”. F.Qurbanov bildirib ki, növbəti ildə “Eurovision”un Bakıda keçirilməsinin ölkəmizin tanıdılması baxımından əvəzsiz rolu olacaq: “Buna görə turizm keyfiyyətinin yüksəldilməsi, dəyərlərimizin, mədəniyyətimizin, folklorumuzun, mətbəximizin düzgün təbliği çox vacibdir. Elə etməliyik ki, müsabiqə bitdikdən sonra da turistlərin Azərbaycana qayıtmaq həvəsi olsun. Bu, nadir və çox gözəl bir fürsətdir. Bu fürsətdən bütün turizm sənayesi-şirkətlərimiz, otellərimiz, turizm xidməti bazarında olan hər kəs çox səmərəli istifadə etməlidirlər və əminəm ki, edəcəklər”.
URL / WWW
http://kelam.az/article/a-3776.html