Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Orta məktəblərdə keçirilən buraxılış imtahanları davam edir
07.06.11 19:55

Orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən buraxılış imtahanları davam edir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahanlar bu gün Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında keçirilir. Növbəti imtahanlar iyunun 10-u Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonları, iyunun 13-ü Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax, iyunun 16-sı isə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə olacaq.Son buraxılış imtahanı iyunun 17-də Bakıda keçiriləcək. Bütün buraxılış imtahanlarının nəticələri iyunun 20-dən sonra nazirliyin www.exam.edu.gov.az saytında yerləşdiriləcək. Qeyd edək ki, ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilir. Xatırladaq ki, bundan əvvəlki imtahanlar iyunun 2-i Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl, iyunun 4-də isə Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında baş tutub.
URL / WWW
http://kelam.az/article/a-3775.html