Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Metyu Brayza: “Kazan görüşündə proqressiv irəliləyişlər olacaq”
07.06.11 19:55

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a sonuncu səfəri zamanı Hillari Klintonla keçirdiyi görüş kifayət qədər konstruktiv alınıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza bildirib. M.Brayza deyib ki, E.Məmmədyarovla H.Klinton iki ölkə arasındakı əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakını və son Dövil bəyanatını müzakirə ediblər. Səfir Azərbaycan Ermənistan və Rusiya prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək üçtərəfli görüşünə də münasibət bildirib. M.Brayzanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin razılaşdırılmasının vaxtı çatıb. “Ümid edirəm ki, prezidentlərin Kazan görüşündə proqressiv irəliləyişlər olacaq”,-deyə səfir vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3773.html