Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Novruz Məmmədov: “Prezidentlərin Kazan görüşündən gözləntilər çoxdur”
07.06.11 19:55

ABŞ, Fransa və Rusiya prezidentlərinin Dovil bəyanatının əsas sənəd kimi nəzərdə tutaraq demək lazımdır ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən gözləntilər çoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O, qeyd edib ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tələb edirlər ki, Cənubi Qafqazdakı hazırki status-kvo dəyişsin. İşğal olunmuş torpaqlar azad olunsun və qaçqınlar öz yurd -yuvalarına qayıtsınlar. N.Məmmədov ermənilərin Dağlıq Qarabağda referendum keçirməklə bağlı istəklərinə də münasibət bildirib. Qeyd edib ki, bununla Ermənistan hazırki münaqişə vəziyyətini qüvvədə saxlamağa çalışır. Onun sözlərinə görə, danışıqlar prosesində referendum məsələsi axırıncı mərhələdir. Ona görə də onun haqqında danışmaq yersizdir.
URL / WWW
http://kelam.az/article/a-3772.html