Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov: “Əsas məsələ Ermənistan silahlı birləşmələrinin cəbhə xəttindən geri çəkilməsidir”
08.06.11 01:55

Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yol xəritəsi ilə bağlı bəzi məsələlər var ki, onlar açıq qalıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. E.Məmmədyarov qeyd edib ki, Kazan görüşünə qədər həmin məsələlər üzərində işləmək lazımdır ki, sülh sazişinə şərait yaransın. “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı, həmçinin Azərbaycan, Ermənistan və Rusiya XİN-in iyunun 11-də keçiriləcək görüşü zamanı əsas müzakirə mövzusu yuxarıda qeyd olunan məsələlərdir. Biz çalışmalıyıq ki, görüşə qədər elə bir mühit yaradaq ki, bu görüşdən sonra qəti addımların atıldığını bəyan edə bilək” - deyə E.Məmmədyarov vurğulayıb. E.Məmmədyarov snayperlərin təmas xəttindən geri çəkilməsi məsələsinə də münasibət bildirib. “Dəfələrlə iddia edilir ki, snayperlər cəbhə xəttindən geri çəkilsin. Lakin məsələ snayperlərdə deyil. Ermənistan silahlı birləşmələri cəbhə xəttindən geri çəkilərlərsə, o zaman avtomatik olaraq snayperlərin də mövqeyi dəyişəcək. Ona görə də nə qədər tez Ermənistan silahlı birləşmələrinin cəbhədən geri çəkilməsinə nail olsaq, o qədər də tez prezidentlərin görüşündə sülhə şərait yaranar” - deyə nazir əlavə edib. E.Məmmədyarov qeyd edib ki, həmsədrlər nizamlanma ilə bağlı 6 təklif irəli sürüblər. “Bunlara Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsi, işğal olunmuş rayonların azad olunması,qaçqınların geri qayıtması və sülhməramlıların bölgədə yerləşdirilməsi daxildir” - deyə E.Məmmədyarov bildirib.
URL / WWW
http://kelam.az/article/a-3771.html