Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Barak Obama: ABŞ Azərbaycanla davamlı əməkdaşlıq etmək niyyətindədir
08.06.11 02:55

Azərbaycanda dövlət və özəl sektorlar arasında uğurlu əməkdaşlıq öz növbəsində beynəlxalq ictimaiyyətin qlobal enerji tələbatının ödənilməsinə böyük töhfə verib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama “18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Qaz Emalı və Neft Kimyası Sərgi”sinin açılışı münasibəti ilə prezident İlham Əliyevə yazdığı təbrik məktubunda bildirib. Məktubda qeyd olunur ki, ən böyük və geniş layihələrdən olan “Cənub dəhlizi”nə qoşulmaq barədə verilən qərar Azərbaycanda energetika sahəsində yeni mərhələnin başlanmasına, həmçinin ölkə iqtisadiyyatının inkişafına təkan verəcək, təbii qaz ehtiyatlarının mənimsənilməsini təkmilləşdirəcək. “Azərbaycanın energetika sektoruna qoyduğu sərmayə dünya iqtisadiyyatına inteqrasiya prosesini və Azərbaycan xalqının yaşayış vəziyyətinin gücləndirilməsinə şəraitin yaxşılaşdırılmasını sürətləndirəcək. ABŞ enerji təhlükəsizliyinin və müxtəlifliyin inkişaf etdirilməsi, Qafqaz regionunda sabitlik və tərəqqiyə nail olunması istiqamətində Azərbaycanla davamlı əməkdaşlıq etmək niyyətindədir. “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqları, Bakı-Tblisi-Ceyhan neft kəməri, “Şahdəniz” qaz yatağı və “Cənub” qaz kəməri kimi iri layihələrə qoyulan sərmayələr Azərbaycana və onun beynəlxalq tərəfdaşlarına əhəmiyyətli, iqtisadi və strateji mənfəət gətirəcək” - deyə Obama məktubunda qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-3770.html