Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda beynəlxalq simpozium keçiriləcək
06.06.11 21:09

Cari ilin 22-23 sentyabr tarixlərində Bakıda “Tətbiqi mexanika və müasir informasiya texnologiyalarının inkişafı” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. Simpozium ənənəvi və yeni kompozit materiallar, nanomühəndislik və nanotexnologiyalar, kommunikasiya sistemlərinin struktur təhlükəsizliyi, hesablama sisteminin dinamikası, struktur və çoxmeyarlı optimallaşdırma və digər istiqamətləri əhatə edəcək. Məqalələrin simpoziuma təqdim edilməsi 15 iyul 2011-ci il tarixinədək aparılır. Tədbir barədə daha ətraflı məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin portalından (“Sərgi, konfrans, seminar” bölməsi) və ya simpoziumun internet-səhifəsindən əldə etmək olar.
URL / WWW
http://kelam.az/article/a-3764.html