Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazir: “Azərbaycanda özəl sektor üçün məişət tullantılarının təkrar istehsalı sərfəli deyil”
06.06.11 21:09

“Bu gün Azərbaycanda özəl sektor üçün məişət tullantılarının təkrar istehsalı sərfəli deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. O, qeyd edib ki, özəl şirkətlər çeşidlədikləri zibilləri Zibil Emalı Zavoduna təhvil verib, bundan gəlir götürə bilərlər. “Balaxanıda tikiləcək Zibil Emalı Zavodunda zibil çeşidləmə müəssisələrinin tikilməsi nəzərdə tutulur. Özəl şirkətlər çeşidlərə ayrılan zibilləri həmin zavoda təqdim edərək, həm gəlir qazana bilər, həm də ətraf mühitin tullantılardan azad olunmasına yardım edərlər”,-deyə nazir vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3763.html