Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Son illərdə Azərbaycan öz siyasətində Rusiyanın maraqlarına güclü şəkildə önəm verib”
06.06.11 18:09

“Son illərdə Azərbaycan öz siyasətində Rusiyanın maraqlarına güclü şəkildə önəm verib. Müəyyən mənada Rusiya bunu nəzərə almağa borclu hesab olunur, ona görə də Kazan görüşünə o qədər də əhəmiyyətsiz baxmaq olmaz”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert deyib ki, buna baxmayaraq bir neçə məsələnin aydınlaşdırılmasına ehtiyac var: “Münaqişənin hərbi yolla çözümü perspektivsizdir, o, üzücü müharibəyə, hətta regional ixtilafa gətirib çıxara bilər, münaqişə ocağı bütün bölgəni bürüyər. Belə perspektiv güman etmirik ki, kiminsə ürəyindən olsun. Bu gün tərəflər nəzəri olaraq bu tezisi başa düşür. Sülhün əldə edilməsi üçün bir neçə amil artıq mövcuddur və bunları aktivləşdirmək olar. Bəli, əvvəllər ciddi problemlər vardı. O vaxt Ermənistan müvəqqəti hərbi qələbənin eyforiyasını yaşayırdı, onlar qonşu bir ölkə ilə hərbi münaqişənin siyasi və iqtisadi nəticələrini yetərincə nəzərə ala bilmir və bunu qiymətləndirməyi bacarmırdılar. Azərbaycanda da qisas hissi, vurulmuş hərbi və mənəvi ziyanın əvəzini çıxmaq hissi güclü idi. İndi müəyyən qədər vaxt keçib. Tərəflər özlərinin düçar olduğu vəziyyəti daha real qiymətləndirmək iqtidarındadırlar. Hər halda, hamı buna ümid edir. Eyni zamanda bir sıra daxili amillər də sülhün əldə etməsini asanlaşdırır”,-deyə E.Şahinoğlu vurğulayıb. Rusiya öndədir, onun diplomatik çətiri altında çoxlu sayda görüşlər, qəti məsləhətləşmələr keçirilir.
URL / WWW
http://kelam.az/article/a-3761.html