Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Meliorasiya və Su Təsərrüfatı ASC Astara çayında sahilbərkitmə işlərini davam etdirir
04.12.09 18:52

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası pegionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planınına uyğun olaraq Astara çayında sahilbərkitmə işlərini davam etdirir. Bu barədə məlumatı AZADİNFORM-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən veriblər.  Səhmdar Cəmiyyət tərəfindən 2006-ci ilin İnvestisiya Proqramına daxil edilmiş “Astara çayı boyunca 4 km uzunluğunda sahilbərkitmə işlərinin  aparılması” obyekti üzrə Astaraçayda sahilbərkitmə işlərinin aparılmısı üçün layihə-smeta Azərbaycan və İran sərhədi boyunca uzanan Astaraçayda ümumi uzunluğu 3816 pm olan sahilmühafizə qurğularının və çayda 6750 kbm həcmində məcranın təmizlənməsi işləri nəzərdə tutulub. Səhmdar  Cəmiyyət tərəfindən 2006-2008-ci illərdə AR Nazirlər Kabinetinin müvafiq Sərancamları ilə dövlət büdcəsində dövlət əsaslı tikintiyə ayrılmış vəsait daxilində Astaraçay boyunca layihəyə uyğun olaraq ümumi uzunluğu 2489 pm olan daşlı-beton sahilbərkidici istinad divarları tikilib.
Cari ildə Nazirlər Kabinetinin müvafiq Sərancamı ilə bu işlərin davam etdirilməsinə ayrılmış vəsait hesabına layihəyə uyğun olaraq uzunluğu 620 metr olan daşlı-beton mühavizə divarının tikintisi nəzərdə tutulub. Oktyabrın 1-i tarixinə həmin divarın 560 metr hissəsi tikilib. Hazırda tikinti işləri davam etdirilir və qalan 60 metr hissənin tikilib başa çatdırılması nəzərdə tutulub.
Səhimdar Cəmiyyəti növbəti ilin İnvestisiya Proqramında bu tədbirin davam etdirilməsi və layihəyə uyğun yerdə qalan 707 pm uzunluğunda müdafiə bəndlərinin tikintisinə lazım olan vəsaitin ayrılması barədə Nazirlər Kabinetinə və aidiyyatı nazirliklərə müvafiq təklifini təqdim edib.
Xatırladaq ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-376.html