Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb
07.06.11 01:09

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popovun (Rusiya) regiona səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, həmsədrlər artıq Bakıdadır. Onlar bu gün Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri və prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunacaq. Həmsədrlər Bakıdan İrəvana yollanacaqlar. Onların Xankəndinə də səfərləri planlaşdırılır. Vasitəçilər sabah cəbhə xəttində keçiriləcək monitorinqi müşahidə edib, qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçəcəklər.
URL / WWW
http://kelam.az/article/a-3759.html