Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Abbasov Fransada səfərdədir
07.06.11 00:09

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın 3-cü iclasında iştirak etmək məqsədilə Fransada səfərdədir. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, ikigünlük iclas iyunun 5-də başlanıb. Qeyd edək ki, BTİ və YUNESKO tərəfindən yaradılmış Komissiyanın məqsədi dünyada genişzolaqlı çıxışın yayılmasına kömək etməkdir. Əli Abbasov texnika sahəsinin 50-yə yaxın görkəmli xadimlərindən, eləcə də özəl sektor və sosial xidmətlər sahəsinin nümayəndələrindən ibarət komissiyanın üzvüdür. Bundan əlavə iyunun 7-də Parisdə Azərbaycan və Fransanın İKT-şirkətlərinin iştirakı ilə 1-ci Azərbaycan-Fransız İKT biznes-forumu keçiriləcək. Forum çərçivəsində Əli Abbasovun Fransanın sənaye, energetika və rəqəmsal iqtisadiyyat naziri Erik Bessonla ikitərəfli görüşü nəzərdə tutulub. Həmçinin Parisə səfəri zamanı rabitə və informasiya texnologiyaları nazirinin ArianeSpace şirkətinin rəhbəri Jan-İv Le Galla görüşəcək. Xatırladaq ki, milli peykin “ArianeSpace” şirkətinin istehsalı olan raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-3758.html