Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Muğam Televiziya Müsabiqəsi – 2011”-in “Böyük Final”ına 8 gün qaldı
04.06.11 02:52

“Muğam Televiziya Müsabiqəsi-2011”in yarımfinal mərhələsi başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, 20 nəfər gənc xanəndədən ibarət yarımfinalçılar arasından “Böyük final”a 6 nəfər keçib. Tanınmış incəsənət xadimləri xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimi Nadir Axundov gənc xanəndələrdən Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov və Ariz Hüseynovu 70 balla qiymətləndirərək finala keçmələrinə vəsiqə veriblər. Xatırladaq ki, “Böyük final” cari ilin 10 iyun tarixində saat 21:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-3756.html