Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » X Respublika Universiadasında 1450 tələbə öz gücünü sınayıb
03.06.11 19:52

Ali təhsil məktəb tələbələrinin X Respublika Universiadası qalibləri mükafatlandırıldı. “KƏLAMİNFO” xəbər verir ki, X Respublika Universiadası idmanın 10 növü üzrə keçirilib. Gənclik Tələbə İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyev yarışlarda 21 ali məktəb tələbələrinin iştirak etdiyini deyib. Onun sözlərinə görə, yarışda 1450 tələbə öz gücünü sınayıb. “Mübarizəyə qoşulanlardan 528 nəfəri zərif cinsin nümayəndələridir. Yarışmada ilk pillədə Tibb Universiteti yer alıb. İkinci və üçüncü yerlərdə isə İdman Akademiyası və İqtisad Universiteti qərarlaşıb”,-deyə o qeyd edib. Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev ölkə başçısının tövsiyələrini həyata keçirmək üçün gənclər arasında müntəzəm olaraq müxtəlif idman tədbirlərinin həyata keçirildiyini söyləyib. O, Respublika Universiadasının 1993-cü ildən başlayaraq iki ildən bir keçirildiyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3752.html