Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Abituriyentlərin sayı azalıb
04.06.11 02:52

Cari tədris ilində ali məktəblərə qəbul imtahanlarına ərizə verən abituriyentlərin sayı ötən illə müqayisədə 1,85 faiz, yəni 20 085 nəfər azalıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfrasında bildirib. O qeyd edib ki, bu il ümumilikdə qəbul imtahanlarında iştirak etmək üçün 110 423 abituriyent ərizə verib. “Abituriyentlərin 99 min 190-ı Azərbaycan, 11 min 233-ü rus bölməsi üzrə sənəd verib. Ümumilikdə bu il 1-ci ixtisas qrupuna 34 988, 2-ci ixtisas qrupuna 27 068, 3-cü ixtisas qrupuna 32 859, 4-cü ixtisas qrupuna 15 508 nəfər sənəd verib” - deyə M.Abbaszadə vurğulayıb. Onun sözlərinə görə, builki abituriyentlərin 50,38 faizini oğlanlar, 49,62 faizini qızlar təşkil edir. “Son illərdə ilk dəfə olaraq bu il qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən oğlanların sayı qızlara nisbətən bir qədər çoxdur. Sənəd verənlərin 57,17 faizi orta məktəbləri bu il bitirən abituriyentlərdir. Ötən il bu göstərici 55,63 faiz olub” - deyə o, əlavə edib. TQDK sədri bildirib ki, cari tədris ili üçün ali məktəblərə qəbul imtahanları zamanı 4-cü ixtisas qrupunda dövlət sifarişli plan yerlərində, xüsusilə tibb ixtisasları üzrə yerlərdə yüksək müsabiqə vəziyyəti yaranacaq. “Həmin ixtisaslara qəbul üçün 600-dən yuxarı bal toplanılması lazım olacaq. Bu il tibb ixtisasları üzrə 1500-ə yaxın plan yeri ayrılıb. I ixtisas qrupuna sənəd verənlərin sayı ötən illə müqayisədə 781 nəfər azalıb. Bu ixtisas qrupu üzrə müsabiqə vəziyyətinin elə də yüksək olacağı gözlənilmir. Əsas müsabiqə vəziyyəti dövlət sifarişli plan yerləri üzrə olacaq” - deyə M.Abbaszadə vurğulayıb. TQDK sədri onu da deyib ki, bu qrupda dövlət sifarişli plan yerlərinin sayı 4136-dır. “Bu il ötən illə müqayisədə II ixtisas üzrə sənəd verənlərin sayı 1000, III ixtisas qrupu isə 458 nəfər azalıb” - deyə o bildirib.
URL / WWW
http://kelam.az/article/a-3750.html