Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda internetin inkişafında özəl şirkətlərin fəaliyyəti çox genişdir
03.12.09 21:39

Azərbaycanda internetin dəyərinin 2008-ci ildən başlayaraq dəfələrlə aşağı salınmasına başlanılıb. Bu isə sonsuzluğa qədər aşağı salına bilməz. Bunun müəyyən dəyəri var və bu həmin dəyərdə qalmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında bildirib. E.Vəlizadə internet tariflərini müəyyən dərəcədə bazarın özünün tənzimlədiyini bildirib. “Lakin ümumilikdə sözügedən sahədə azalma tendensiyası mövcuddur və bu gələcəkdə də davam etdiriləcək.Azərbaycanda mövcud olan internetin səviyyəsi qonşu ölkələrin qiymətlərinə uyğundur və bizdə də bu qiymət münasib səviyyədədir”,-deyən nazir müavini Azərbaycanda internetin keyfiyyətinin münasib səviyyədə olduğunu vurğulayıb. İnternetin inkişafında özəl şirkətlərin fəaliyyətinin çox geniş olduğunu diqqətə çatdıran E.Vəlizadə 2010-cu ildə elektron hökumət layihələrin daha da geniş vüsət alacağını, bunun özünün də internetə bilavasitə təsir edəcəyini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-375.html